Daha bir kəndə qaz çəkilir

Qısa müddət ərzində 92 yaşayış məntəqəsi qazla təmin edilib.
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi Teymur Cəfərov bu gün keçirilən "Açıq qapı" aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, əsasən qazlaşdırılma işi əsasən Yardımlı, Lerik və Astara rayonlarında aparılıb.
"Bu gündən etibarən Lerikin Zümüş kəndində qaz borularının çəkilməsinə başlanılıb",- deyə T.Cəfərov əlavə edib.
Nərmin Vüqarqızı