Sabah "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri işləməyəcək

 10:39 25.06.2022     597

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") vətəndaşlara müraciət edib.

Agentlikdən Redaktor.az-a verilən məlumata görə, 26 İyun - Silahli Qüvvələr Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu səbəbdən vətəndaşlar iyunun 27-dən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən