Gəncədə Qafqaz İslam Ordusunun şərəfinə abidə ucaldılıb - FOTO
Gəncədə Qafqaz İslam Ordusunun şərəfinə abidənin açılış mərasimi keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Tviter hesabında yazıb.
“11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun Gəncədəki ilk şəhidləri üçün Səfirliyimizin nəzarəti və iş adamlarının dəstəyi ilə Şah Abbas Məscidinin qarşısında Şəhidlər Memorialı inşa edilib. Gəncədəki Baş konsulumuzla birgə açılışdan qabaq abidəyə baş çəkdik”, - deyə səfir bildirib.
T.İSMAYIL















