Bakıda 10 günlük körpəyə öləcək dedilər, Türkiyəyə aparıldı, həmyerlimiz xilas etdi - FOTO

 11:58 28.06.2022     1180

Sözügedən körpə Bakıda dünyaya göz açıb. Doğuşdan 1 gün sonra körpədə xaya törməsi aşkarlanıb. Valideynləri qeyd etdiyi qədərilə, burada adla tanınan uroloqların çoxunun qəbulunda olublar. Hər kəs eyni sözü deyirdi, “Uşağa əziyyət verməyək, zatən sağ qalma şansı yoxdur”. Nəticə etibarilə ümidini Allahdan üzməyən valideynlər arayıb araşdırıb, Türkiyənin Hacettepe universitetində uşaq urologiyası üzrə yandal uzmanlıq  təhsilini alaraq eyniadlı xəstəxanada fəaliyyətə davam edən həmyerlimiz Üst. Uzm. Dr. Kamranbəy Qasımova müraciət etməyə qərar veriblər. Türkiyədə pasiyenti qəbul edən Kamranbəy həkim, Hacettepe xəstəxanasındakı professorlarla da məsləhətləşərək qərara gəliblər ki, uşağı həmən əməliyyata alsınlar. Bir neçə saat çəkən əməliyyat uğurla yekunlaşıb və körpədəki törəmə tamamilə götürülərək həyatı xilas edilib.

Valideynləri bildirirlər ki, uşaq halhazırda normal inkişaf dövrünü keçirir, öz yaşıdlarından hər hansı geri qalma müşahidə olunmur. Kamranbəy həkim isə bu hadisəni sadəcə bir cümləylə izah edib:

“Can bədəndə ikən yaşamağa ümid hər zaman var, bizim bir həkim olaraq borcumuz və məsuliyyətimiz 1% olan ehtimalı belə ehtimaldan reallığa çevirməkdir, nə mutlu bizə ki, Allahın iznilə bir can daha qurtarmış olduq. Sadəcə üzərimizə düşən vəzifəni icra etdik”.

Qeyd edək ki, sözügedən dəyərli həkimimiz Üst. Uzm. Dr. Kamranbəy Qasımov hazırda 7 iyul tarixinə kimi Bakıda Modern Hospitalda pasiyent qəbul günləri elan edib. Uroloji xəstəliklərdən əziyyət çəkən uşaqlarınız üçün həkimə tam güvənlə müraciət edərək müalicə ala bilərsiz.

Uşaqlar bizim gələcəyimizdir, onları sağlam yetişdirək ki, Gələcəyimizi sağlam quraq!

Müayinəyə yazılmaq üçün:

Tel: 949

Whatsapp: (+99470) 295 09 49

Instagram: @usaqurologiyasi @uzman.uroloq.kamranbeyqasimov

2222222
Vumart və Güvən reklamı Vumart Güvən