Müharibə veteranlarının təqaüdü 130 manat olsun! - Deputatdan TƏKLİF

 12:26 28.06.2022     1356

"Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhidlərin ailələri və qazilərə fərq qoymamalıyıq". 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat təklif edib ki, bütün müharibə veteranlarının aylıq təqaüdü artırılsın. 

"Veteranların müavinəti 80 manatdan 130 manata çatdırılmalıdır. Müharibə veteranlarının müavinəti qaldırılmalıdır ki, heç olmasa onlar kommunal xərclərini ödəyə bilsinlər", - deyə S. Novruzov bildirib. 

CAVİD

2
Vumart və Güvən reklamı Vumart Güvən