“Space TV"də yeni TƏYİNAT

 17:55 28.06.2022     548

“Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Xəbərlər" Departamentinin rəhbəri Zahid Nurəliyev vəzifəsindən azad edilib.

Bu barədə Redaktor.az-a məlumat verən şirkətin direktoru Müşfiq Hətəmovun sözlərinə görə, Z.Nurəliyev şirkətdə başqa vəzifəyə keçirilib. Onun yerinə isə Əməkdar jurnalist Elman Gədikli təyin olunub.

E.Gədikli artıq kollektivə təqdim edilib.

Qeyd edək ki, Elman Gədikli bir neçə il əvvəl də sözügedən kanalın "Xəbərlər" Departamentinin rəhbəri vəzifəsində çalışıb.

Onun Space TV-dən çıxarılma göstərişini o dövrdə təhsil naziri olan Mikayıl Cabbarovun verdiyi iddia edilirdi. Belə ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra M.Cabbarov “Space”in rəhbəri Vaqif Mustafayevə zəng edərək iradını bildirib. Daha sonra E.Gədikli işdən çıxarılıb. 

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən