Peyvəndlənmə ilə bağlı son statistika
Azərbaycanda son sutkada 2 292 nəfər vaksinasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 490, ikinci doza vaksinləri sayı 269-dur.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 349-dir. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 184 olub.













