Azərbaycana meymunçiçəyi testləri gətiriləcək - Nazir

 12:24 01.07.2022     562

"Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib".

Redaktor.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.

Nazir Azərbaycanda hələlik meymunçiçəyi virusuna yoluxma faktının qeydə alınmadığını deyib.

Teymur Musayev bildirib ki, xəstəliyin hazırkı vəziyyətdə yalnız sıx təmas nəticəsində ötürülməsi qeydə alınır.

"Virusun özünəməxsus simptomları var. Əsas təsdiqedici yol laborator müayinələrdir. Bu gün ölkədə heç şübhəli hal da yoxdur. Odur ki, heç bir müayinə üsuluna ehtiyac olmayıb. Gətirilən testlər xüsusi təhlükəli infeksiya nəzarət mərkəzinə təhvil veriləcək. Bütün müayinələr də orada həyata keçiriləcək", - deyə nazir bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən