"Buna "Azəriqaz" məsuliyyət daşımır"

 16:26 01.07.2022     484

"2022-ci ilin 6 ayı ərzində "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərinə 217 min 136 müraciət daxil olub. Ötən ilin eyni dövründə isə 158 min 873 müraciət daxil olub".

Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İB-in Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə, “ASAN xidmət" və “ASAN kommunal" mərkəzlərinə daxil olan zənglərin sayı ötən ilə nisbətən artıb.

"Məlum olduğu kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsi olan KOB evləri də var. Hazırda regionlarda "Xaçmaz KOB" evi və "Yevlax KOB evi" fəaliyyət göstərir. Bu evlərdə də sahibkarlıq subyektlərinə və vətəndaşlara xidmət göstəririk. 2022-ci ilin 6 ayı ərzində KOB evlərinə 280 müraciət daxil olub və icra olunub. Ötən il isə KOB evlərinə 341 müraciət daxil olub. Göründüyü kimi, "ASAN xidmət"ə nisbətən KOB evlərinə daxil olan müraciətlərin sayı car ilin 6 ayında azalıb”,- deyə o qeyd edib.

Fərid Mustafazadə həmçinin fərdi qazlaşma sahəsində baş tutan yeniliklərlə bağlı media nümayəndələrini məlumatlandırıb:

"ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərinə müraciət edirdilər. İndi bu mərkəzlərə müraciət etmədən "Azəriqaz" İB-in rəsmi internet səhifəsində lisenziyalı podratçı şirkətlərin siyahısını görmək olar. Bu siyahı “Azəriqaz”ın deyil. Siyahını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən edib. Həmçinin podratçı şirkətlərə lisenziya verən qurumdur. Vətəndaşlar müstəqil şəkildə bu siyahı ilə tanış olub istənilən podratçı şirkəti seçə bilər. Əgər podratçı şirkətlə vətəndaş arasında problem olarsa, buna "Azəriqaz" İB məsuliyyət daşımır".

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən