Nərimanov rayonunda parklanma problemi - DYP hara baxır?

 12:55 04.07.2022     3150

Bu gün paytaxt Bakı şəhərinin ən böyük problemlərindən biri yollardakı tıxaclardır. Əvvəllər bu ucu-bucağı görünməyən tıxaclar əsasən pik saatlarda müşahidə olunurdusa, indi demək olar ki, səhər tezdən gecəyədək davam edir.

Baxmayaraq ki, Bakıda yeni körpülər, yeraltı keçidlər tikilib istifadəyə verilib, yenədə paytaxtı tıxac bəlasından qurtarmaq mümkün deyil.

Tıxacların yaranmasının səbəbi Bakıya gün ərzində həddən artıq avtomobilin daxil olduğu göstərilsə də, qeyri-qanuni parklanmanın da buna təsiri var.

Necə ki, biz bunu Narimanov rayonu  Əhməd Rəcəbli küçəsində görürük. Redaktor.az saytının da redaksiyasının yerləşdiyi bu küçədə vəziyyət həqiqətən çox acınacaqlıdır. Yan-yana 4 cərgə dayanmış maşınlara görə piyadaların hərəkəti mümkünsüz hala gəlib. Avtomobilini kim harda necə istəsə saxlayır.

Bu narazılığımızı bu günlərdə adıçəkilən küçədə “99 YP 334” qeydiyyat nişanlı maşını sürən Dövlət Yol Polisi əməkdaşına bildirdikdə, o, dedi ki, Nərimanov ərazisi onun kurasiyasına daxil deyil. Bu əraziyə Nərimanov rayon DYP-si baxır.

Daha sonra sözügedən problemlə bağlı Bakı şəhər Dövlət Yol Polsinin media ilə iş bölməsinin rəhbəri Araz Əsgərliyə müraciət etdik. O da Redaktor.az-a cavabında adıçəkilən küçənin parklanma qaydalarının pozulmasına görə ən problemli ərazilərdən olduğunu təsdiqlədi.

“Dayanma-durma məsələsi şəhərimizin ən böyük problemidir. Füzuli, Qara Qarayev, Əhməd Rəcəbli və bir çox küçələrdə həmişə bu KİMİ problemlər olub. Əhalinin çox hissəsi Bakıda yaşayır,  hamı da eqoistlik yaranıb, kim harada gəldi maşın saxlayır. Protokol çox yazanda da narazılıq yaranır, deyirlər ki, polis kimə gəldi protokol yazır”,- deyən polis mayor DYP əməkdaşlarının bundan sonra daha qətiyyıətli olacağına söz verdi.

Nərmin Vüqarqızı

222