"Zaur Baxşəliyev xəstə uşaqlara yığılan 180 mini özünə götürdü"  - Hərbçi xanımı şikayət etdi

 19:26 03.07.2022     1602

Azad Azərbaycan telekanalında yayımlanan "Bizimləsən" layihəsi və aparıcı Zaur Baxşəliyevdən şikayət var. 

Redaktor.az xəbər verir ki, şikayətçi Cəfərova Rəmziyyə adlı hərbçi xanımı olub. 4 övladı olduğunu, 2 uşağının isə ürək qüsurlu doğulduğunu bildirən çarəsiz ana sözügedən verilişə kömək üçün üz tutub. Ona uşaqlarının əməliyyatı üçün 75 min manat pul lazım olub.

Lakin qadının dediyinə görə, Zaur Baxşəliyev ona efirdə 150 min lazım olduğunu deməyini tapşırıb. "Mən razı olmadım. Sonra bizi efirə buraxdı. Karta 180 min manat pul yığıldı. Amma bizə köməklik edilmədi",- deyə qadın Xural TV-nin efirində danışıb. 

 

Vumart və Güvən reklamı Vumart Güvən