Zaqatalanın kəndlərini SEL BASDI

 10:04 04.07.2022     655

Ötən gün axşamdan etibarən yağan güclü leysan nəticəsində Zaqatala rayonunun Muxax, Mamrıx, Lahıc və Bəhmətli kəndləri sel suları altında qalıb.

Redaktor.az xəbər verir ki, yağış suları adıçəkilən kəndlərin təsərrüfatlarına və həyətyanı sahələrinə dolub.

Güclü sel nəticəsində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Lahıc və Bəhmətli kəndləri ərazisindən keçən hissəsində yol bağlanıb.

Güclü leysan əkin sahələrinə və yol təsərrüfatına xeyli ziyan vurub. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar (report.az).

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən