"Sayğacın quraşdırılması pulsuz həyata keçiriləcək" - "Azəriqaz" rəsmisi

 16:22 04.07.2022     1140

“Fərdi qazlaşdırma qaz təchizatı ilə bağlı qanunda da olduğu kimi istənilən bir şəxsin öz vəsaiti hesabına cəlb etdiyi podratçının vasitəsi ilə həyata keçirilir. Vətəndaşları podratçı təşkilatlarla müqavilə bağlayan zaman bu işdə diqqətli olmağa çağırırıq".

Redaktor.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov bildirib.

"SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq heç bir pullu xidmət göstərmirik və bu məsələdə də Birliyin adının hallanmasının heç bir hüquqi əsası yoxdur. Görülən işlər müvafiq tələblərə uyğun aparılıbsa, sayğacın quraşdırılması tərəfimizdən pulsuz həyata keçiriləcək”, - deyə "Azəriqaz" rəsmisi qeyd edib.

Daha ətraflı:


Vumart və Güvən reklamı Vumart Güvən