Sumqayıtda hücuma məruz qalan sürücü işinə qaytarıldı - VİDEO
Bir neçə gün əvvəl Sumqayıtda təhqirə və hücuma məruz qaldığı üçün qadına təpik vurub avtobusdan düşürən sürücü Aqil Kosayev işinə bərpa edilib.
Redaktor.az xəbər verir ki, “ARB Xəbər”ə açıqlama verən sürücü məsələyə hüquqi qiymət verildiyini deyib və baş verənlər haqda danışıb:
“İşıqforda düşməyi tələb edirdi. Mən də ikinci xətt üzrə yaşıl işıqda hərəkət edirdim. Ona görə də, qapını açmaq imkanı olmadı. Bir-birimizi başa düşmədik, hadisə baş verdi. İşimiz elə bir işdir ki, birinci növbədə səbirli olmaq lazımdır. Belə bir şey olmamalıydı. Çalışarıq bir də olmasın".












