Bu rayonda qaz OLMAYACAQ
“Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, 06.07.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Redaktor.az-a "Azəriqaz" İstehsalat Bilriyindən məlumat verilib.
Qeyd olunub ki, təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.












