Xuraman Muradova - Milan Hospitalın sahibkarı, şərəfli, qeyrətli və xeyirxah iş qadını

 17:54 05.07.2022     4316

Xeyirxahlıq insanın dostu, yoldaşı və qardaşıdır. Bu insanlar elə anadan xeyirxah doğulurlar, onların bu xüsusiyyəti yaşa dolduqca əməllərində əks olunur. Hər zaman təmənnasız, heç bir əvəz ummadan insanlara yaxşılıq etmək barədə düşünürlər.

Uca Yaradan bizə göndərdiyi müqəddəs kitablarında həmişə yardımlaşmanı əmr edir: “Bir-birinizlə yaxşılıq etmək, pislikdən uzaq durmaq üçün yardımlaşın!.. ”

Haqqında söhbət açacağım xanım da öz xeyirxahlığı ilə ölkəmizdə tanınan iş adamlarındandır.

Xuraman Muradova - düşünürəm ki, bu ad Azərbaycanda insanlara çox tanışdır. 

Onun xeyirxahlıq mələyi olduğunu bilməyən yoxdur.

Oksford Akademiyasının fəxri professoru Xuraman xanımın rəhbərliyi altında fəaliyyət göstərən “Milan Hospital" bu gün gecə-gündüz insanlarımızın sağlamlığı keşiyində mətin dayanıb. Burada çalışan yüksək səviyyəli, peşəkar həkimlərin və dünya standartlarına cavab verən tibbi avadanlıqların sayəsində Hospitala müraciət edən pasiyentlərin sayı günü-gündən artır. Xuraman xanım on beş ildir ki, tibb sahəsində çalışır, bir sahibkar kimi xalqımıza bu müqəddəs yolda xidmət edir.

İş qadını olaraq əvvəllər də bir çox sahədə insanlara yardımını əsirgəməyən Xuraman xanım 2014-cu ildə yaratdığı “Milan Hospital"da neçə-neçə xəstəyə sağlamlıq bəxş edib.

Bu klinikaya üz tutan heç bir xəstə naümid geri qaytarılmayıb. Şəhid ailələrinə, Vətən müharibəsi qazilərimizə bu tibb müəssisəsində xüsusi münasibət var. Burada yüzlərlə qazimiz və onların ailə üzvləri təmənnasız olaraq müalicə alıb sağlamlığına qovuşub. İstər Birinci Qarabağ müharibəsinin, istərsə də Vətən müharibəsinin qaziləri, o cümlədən torpaqlarımızın azadlığı uğrunda şirin canından keçmiş şəhidlərimin ailə üzvləri burda hörmətlə qarşılanır, təmənnasız müayinə və müalicə alır.

Qazilərimiz onu “xeyirxah mələk” adlandırırlar.

Ona görə də də, Xuraman xanımın Şuşa fatehi - Xususi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, korpus komandiri general-mayor Mais Bərxudarov, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini, Qərargah rəisi general-mayor Fazil Ağalarov tərəfindən Fəxri Fərmanlara layiq görülməsi təsadüfi deyil.

Xuraman xanım Vətən muharibəsində cəbhəyə göstərdiyi köməyə görə və həmçinin qazilərimizə, şəhid ailələrinə göstərdiyi təmənnasız müalicələrə görə də Abşeron rayon İcra Hakimiyyətinin Fəxri Fərmanına layiq görülüb. O, eyni zamanda Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən medalla təltif olunub.

Bu gün cəmiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycanda səhiyyə yaxşı vəziyyətdə deyil və müalicə üçün insanlar xaricə üz tutur.

Amma Xuraman xanımın rəhbərlik etdiyi bu hospital cəmi səkkiz ildə təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Rusiyada, Gürcüstanda, Orta Asiya respublikalarında məşhurlaşıb. Çünki həmin ölkələrdən də bura çoxlu xəstə gəlib, müalicə olunublar. Elə Təbrizdə yaşayan, Cənubi Azərbaycanın məşhur şairəsi Ziynət xanım Tədəyyün də “Milan Hospital”da sağalıb.

"Milan Hospital" həmçinin Türkiyədə "Azərbaycanın ən yaxşı klinikası" mükafatına layiq görülüb.

İnsan üçün həyatda ən vacib olandandan biri də can sağlığıdır. Necə deyərlər, sağlam bədəndə həmişə sağlam ruh olur. Ona görə də, canımızın qayğısına qalanlara böyük minnətdarlıq hissi duyuruq.

Eşidirsiz, Xuraman xanım, minnətdarıq!

İLTİFAT

222222