Bəstəkarlar İttifaqında kameraların quraşdırılmasını Mədəniyyət Nazirliyi TAPŞIRIB?

 18:21 05.07.2022     759

Bəstəkarlar İttifaqında dəhlizlərdə və otaqlarında nəzarət kameraları yerləşdirilməsi barədə məlumat əldə etmişik.

Məlumatda o da qeyd olunur ki, otaqlara quraşdırılan kameralara ittifaqın sədri xalq artisti Firəngiz  Əlizadənin həyat yoldaşı Cahangir Zeynalov nəzarət edir. İşçilərin böyük əksəriyyətinin qadınılardan ibarət olan sözügedən təşkilatda bu da haqlı olaraq narazıçılıq yaradıb.

Sədr F.Əlizadə Redaktor.az-a müsahibəsi zamanı bu məlumatı təsdiqlədi.

 “Bəstəkarlar İttifaqında hər yerdə kameralar var. Bizə Mədəniyyət Nazirliyindən göstəriş gəlibdi ki, bütün müəssisələrdə nəzarət kameraları yerləşdirilsin. Bu bizim qərarımız deyil,- deyə sədr qeyd etdi.

Mövzu ilə bağlı müxbirimiz Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə ilə əlaqə saxlayıb. Firəngiz Əlizadənin fikirlərini təkzib edən M.Qafarzadə bildirdi ki, Azərbaycan Bəstəkarlar İttifaqı Mədəniyyət Nazirliyinin tabeliyində olmadığı üçün onlara belə bir təlimat verilməyib.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən