Yol nəqliyyat hadisəsi barədə protokol elektron formada tərtib ediləcək

 20:10 05.07.2022     400

Hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokol (Avroprotokol) elektron formada tərtib ediləcək.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin 8 iyulda keçiriləcək iclasının gündəliyinə daxil edilən “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, hadisə iştirakçıları tərəfindən doldurulan yol nəqliyyat hadisəsi barədə protokol (Avroprotokol) elektron formada tərtib ediləcək və həmin protokola elektron çıxış imkanı yaradılacaq (apa.az).

 

Vumart və Güvən reklamı Vumart Güvən