Sürücülük vəsiqəsinə dair yeni prosedur müəyyənləşir

 11:40 06.07.2022     1836

Sürücülük vəsiqəsində əks olunan məlumatlar elektron qaydada İcbari Sığorta Bürosunun informasiya sisteminə ötürüləcək.

Redaktor.az xəbər verir ki, bu, “İcbari sığortalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanı öz elektron informasiya ehtiyatında mövcud olan nəqliyyat vasitəsi üzrə etibarnamədə və sürücülük vəsiqəsində əks olunan məlumatların İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə ötürülməsini təmin etməlidir (apa).

Vumart və Güvən reklamı Vumart Güvən