"Azəriqaz"ın baş direktoru Naftalanda görüş keçirdi

 16:23 06.07.2022     930

SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Naftalan şəhərində Şərqi Zəngəzurun qaz kəmərlərinin inventarlaşdırılma prosesində əməyi olan birlik əməkdaşları ilə görüş keçirib.

Bu barədə Redaktor.az- a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirlib ki, baş direktor gərgin, məsuliyyətli və şərəfli işlərində İstehsalat Birliyinin işçi heyətinə uğurlar arzu edib və onları mükafatlandırıb.

R.Əliyev onu da vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə aparılan yüksək səviyyəli quruculuq işlərində "Azəriqaz"ın əməkdaşlarının fəaliyyəti adekvat olmalıdır.

Qeyd edək ki, mükafatlandırılanlar arasında Naftalan şəhəri xidmət sahəsinin əməkdaşları da olub.

 

22222
Vumart və Güvən reklamı Vumart Güvən