İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası oldu

 17:49 07.07.2022     366

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, iclasda 2022-ci ilin birinci yarımilliyi ərzində sənaye zonaları və aqroparklarda görülmüş işlər müzakirə edilib, əldə olunmuş nəticələr və hazırda Agentlikdə baxılmaqda olan layihələr barədə məlumat verilib.

Tədbirdə həmçinin, Agentliyin fəaliyyətinin təşkili, cari ilin ikinci yarımilliyi üçün qarşıya qoyulmuş məqsədlər barədə fikir mübadiləsi aparılıb.

Vumart və Güvən reklamı Vumart Güvən