Qənirə Paşayeva şəhid anası ilə görüşdü

 19:13 07.07.2022     510

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda, Vətən müharibəsinin şəhidi Ruslan Quliyevin anası Sədaqət xanım Əliyeva ilə görüşüb. 

Redaktor.az xəbər verir ki, görüşdə şəhid anasının qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva ali dövlət rəhbərliyinin şəhid ailələrinə diqqət-qayğısının, respublikanın hər bir vətəndaşı, o cümlədən Millət vəkilləri üçün örnək olduğunu vurğulayaraq, şəhid analasrı ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, şəhid əsgərin əziz ruhuna dərin ehtiramını bildirib.
Q.Paşayeva şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Ruslan Şaxsəddin oğlu Quliyev (20.11.1984, Dondar Quşçu, Tovuz - 11.10.2020, Kəlbəcər) 1991-2002-ci illərdə Tovuz rayonunun Dondar Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. İki qızı və bir oğlu yadigar qaldı. Əmisi Sərkər Quliyev I Qarabağ müharibəsinin şəhidi idi. 
Ruslan Quliyev 2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2015-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olub.

Əsgər Ruslan Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə fədakarlıqla iştirak edib, döyüşlərin 15-ci günü Murovdağda  şəhid olub. Şəhidimiz Tovuzun Dondar Quşçu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Ruslan Quliyev, Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən  "Vətən uğrunda" medalı ilə təltif edilib. şəhid əsgərimiz həmçinin "Cəsur döyüşçü" (18.12.2020), "Kəlbəcərin azad olunmasına görə" (29.12.2020) medalları ilə də təltif olunub.

Ruhu şad olsun!

Vumart və Güvən reklamı Vumart Güvən