Ehtiyatda olan polkovnikin məhkəmədə ürəyi dayandı
Sumqayıtda məhkəmədə ölüm hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu haqda Qarabağ qazisi Rey Kərimoğlu feysbuk hesabında yazıb.
O, bildirib ki, ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovun məhkəmədə ürəyi partlayıb, dünyasını dəyişib.
“Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş”, - deyə Rey Kərimoğlu paylaşımında qeyd edib.
Qeyd edək ki, Şahmurad Məmmədov həm də QHT rəhbəri idi.












