Ən ucuz qurbanlıq qoyunun satıldığı yer AÇIQLANDI

 15:01 08.07.2022     644

“Kənd Təsərrüfatı Nazirliyinin Qurban bayramında yeganə iştirak forması onlayn platforma üzərindən diri qurbanlıq heyvanların satışını həyata keçirtməkdir. Qurban bayramı ilə bağlı fəaliyyətimiz bununla məhdudlaşır”.

Bunu qurbanlıq heyvanların satışı ilə bağlı Redaktor.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirdi. Onun sözlərinə görə, qurbanliq.kendden.az elektron portalı vasitəsilə həyata keçirilən diri heyvan satışı hazırda bazarda olan ən ucuz qiymətdir:

“Qurbanliq.kendden.az saytı üzərindən istənilən vətəndaş daxil olub diri heyvanların qiymətləri ilə tanış ola bilər. Diri heyvanın kilosu 6 manat 30 qəpikdir. Apardığımız monitorinqlərə əsasən, bu, bazarda ən ucuz qiymətdir”.

Nazirliyin sözçüsü əlavə etdi ki, onlayn satış müddəti 5-8 iyul tarixləri üçün nəzərdə tutulub, amma sonradan bu tarix bir qədər uzadılıb:

“Nəzərə alaq ki, vətəndaşlar ayın 10-u – Qurban bayramının 3-cü günü də qurban kəsə bilərlər, bu səbəbdən elektron portalda satış müddəti iyul ayının 9-na kimi uzadılıb”.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən