Qənirə Paşayeva şəhid ailəsi ilə görüşdü - FOTO
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmiş Romir Rəşadət oğlu Əliyevin anası Miroslava Əliyeva və şəhidin bacısı ilə görüşüb, onları dinləyib.
Redaktor.az xəbər verir ki, Qurban bayramı ərəfəsində, Milli Məclisdə baş tutan görüşdə şəhid anasını məhəbbətlə salamlayan Komitə sədri, ürək sözlərini bölüşüb:
“Bütün bayramlarda təbriki ən çox sizlər haqq edirsiz! İgid oğlunuzun əziz ruhu qarşısında ehtiramla baş əyirik. Bu bir daha göstərir ki, siz öz övladlınızı vətəncanlı, dövlətcanlı ruhda böyütmüş, ona yüksək tərbiyə vermisiz. Biz Sizə çox minnətdarıq!
Dövlətimiz və xalqımız hər zaman yanınızdadır.
Xahiş edirəm, bizim ehtiramımızı bütün doğmalarınıza çatdırasız”!
Q.Paşayeva qəhrəman şəhidimizin anasına və bacısına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.













