"Biz ailəlikcə qurban kəsmirik" - Deputat Jalə Əliyeva
“Mənim şəxsi yanaşmam ondan ibarətdir ki, ilboyu hansısa savab iş görürsənsə və qurbana verilən vəsaiti ehtiyacı olan biri ilə paylaya bilirsənsə, o da özlüyündə qurbandır. Yəni hansısa canlını kəsib paylamaq yerinə ehtiyacı olan kimsənin faydalı işinə yardım etmək mənim nəzərimcə, daha uyğundur. Hər zaman belə edirəm".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Jalə Əliyeva "modern.az"a açıqlamasında bildirib:
"Ümumiyyətlə, biz ailəlikcə qurban kəsmirik. Amma onun əvəzinə ianələrimizi veririk”, - deyə millət vəkili qeyd edib.












