"Murov qartalı"nın 50 illiyi Ağdamda qeyd edildi - FOTO

 15:10 09.07.2022     689

Bu gün Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Şəhid polkovnik-leytenant, "Murov qartalı" Raquf Orucovun doğum günüdür.

Redaktor.az-ın məlumatına görə, Raquf Orucovun 50 yaşı Qurban bayramı və "N"saylı hərbi hissənin yaranması günü ilə birgə Ağdamda qeyd olunub.

Mərasim əvvəlcə Şahbulaqda başlayıb, daha sonra isə Raquf Orucovun rəhbərlik etdiyi "N" saylı hərbi hissədə davam etdirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, millət vəkilləri, şəhid ailələri, Raquf Orucovun döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi qazisi Raquf Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub.

1990-cı ildə Sovet qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılaraq, çətin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb. 1993-cü ilin 12 iyununda erməni ordusunun Ağdam rayonunun Cinli kəndini işğal etməsi nəticəsində Raquf Orucov anası Raya xanımı itirib.

O, 1995-ci ildə Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə qəbul olub. Bir il sonra həmin məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağda alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub. Düşmənlə qəhrımancasına vuruşan Raquf Orucov şəhid olub. O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

Raquf Orucovun Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.

222
Vumart və Güvən reklamı Vumart Güvən