Komitə sədri şəhid atası ilə görüşdü
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda, şəhid Tofiq Muradovun atası Elman Fərman oğlu Muradovla görüşüb.
Redaktor.az xəbər verir ki, görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.
Q.Paşayeva Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən Millət vəkilləri üçün də ən mühüm örnək olduğunu vurğulayaraq, şəhid valideynləri ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, şəhid hərbçinin əziz ruhuna ehtiramını bildirib. Q.Paşayeva şəhid atasına Xarıbülbül motivli xatirə hədiyyəsi bağışlayıb.
Qeyd edək ki, Tofiq Elman oğlu Muradov 2007-ci ildə şəhid olub. Ruhu şad olsun!












