“Guya mən demişəm ki, “Azərbaycanda yoxsul yoxdur”” - Vüsal Qasımlı

 23:30 11.07.2022     720

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı onun adından yanlış informasiyaların tirajlandığını bildirib.

Redaktor.az xəbər verir ki, iqtisadçı bu barədə sosial şəbəkə hesabında yazıb:

“Mənə belə bir post da göndərdilər. Guya mən demişəm ki, “Azərbaycanda yoxsul yoxdur”. Çoxdandır bu “yalan” mənim adımdan tirajlanır. Bu fikrin mənə heç bir aidiyyatı yoxdur. “İqtisadi artım” kitabımda da yoxsulluq və onunla uğurlu mübarizə üsulları barədə yazmışam. Yoxsulluq bütün bəşəriyyətin mübarizə apardığı bir bəladır”.

Vumart və Güvən reklamı Vumart Güvən