Turizm mərkəzində bayram tədbirləri

 20:31 12.07.2022     398

Bütün müsəlman dünyasının müqəddəs günlərindən olan Qurban bayramı ölkəmizin turist ocaqlarında da yüksək səviyyədə qeyd edilib.

Redaktor.az xəbər verir ki, belə İstirahət mərkəzlərindən biri də Masallı rayonunun dağlar qoynunda yerləşən “Qala” turizm şirkətidir.

Əsasən elm, mədəniyyət və təhsil işçilərinin istirahət etdiyi “Qala”da ziyarətçilər göstərilən diqqət və qayğıdan razılıq ediblər.

Bayram günlərində islam dəyərlərinə uyğun qurbanlıq qoyun kəsilib, Allahın dərgahına dualar oxunub.

Tədbirlər maraqlı bayramı konserti ilə davam etdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən