Komitə sədri könüllülərlə görüşdü - FOTO

 09:49 13.07.2022     825

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın 2022-ci il üzrə Gənclər Paytaxtı olan Tovuzda gənc könüllülərlə görüşüb. 

Redaktor.az xəbər verir ki, könüllülük fəaliyyətində fərqlənən gənclərlə görüşdən məmnunluğunu bildirən millət vəkili, respublikamızda könüllülüyün özünəməxsus tarixi oldğunu, bununla belə, könüllülük fəaliyyətinin son illər xüsusi inkişaf mərhələsi keçdiyini bildirib.

Bakıda keçirilən Avropa Musiqi Yarışmasında, I Avropa Oyunlarında, IV İslam Oyunları və digər mühüm beynəlxalq tədbirlərdə, habelə ASAN xidmətdə, DOST xidmətində, Kənd təsərrüfatı nazirliyi sistemində və vətəndaş cəmiyyəti institutlarında minlərlə könüllünün səmərəli xidmət göstərdiyini vurğulayan Q.Paşayeva, müstəqil Azərbaycan Respublikasında könüllülük fəaliyyətinin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adı ilə sıx bağlı olduğunu vurğulayıb. 

Q.Paşayeva Gənclər Paytaxtı sakinləri olmağın məsuliyyətinə, şərəfinə uyğun fəaliyyətlərinə görə könüllülərə təşəkkür edib. 

Görüşdə gənclərin ürək sözləri dinlənilib. Millət vəkili onlara yeni uğurlar arzulayıb.

Millət vəkili könüllülərə Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb, müəllifi olduğu kitabları imzalayıb.

Görüşdə Rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov iştirak edib.

T.İSMAYIL

22222
Vumart və Güvən reklamı Vumart Güvən