Zəngilana ilk köç bu tarixdə gerçəkləşəcək

 14:20 13.07.2022     539

İşğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə ilk köçün tarixi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu barədə publika.az-a açıqlamasında Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayev deyib.

Vəliyəddin Paşayev bildirib ki, o, hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışır:

“Ağalı kəndinə ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Sabah ailə üzvlərimiz gedib analiz verəcək, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür”.

Vumart və Güvən reklamı Vumart Güvən