"Azəriqaz" rəsmiləri Suraxanı sakinlərinin müraciətlərini dinlədi - FOTO

 09:42 14.07.2022     394

Ötən gün paytaxtın Suraxanı rayonunda növbəti "Açıq mikrofon" aksiyası baş tutub.

Redaktor.az xəbər verir ki, SOCAR "Azəriqaz" İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev aksiya iştirakçılarını salamlayaraq onları narahat edən məsələləri rahat şəkildə səsləndirməyə çağırıb.

Sakinlər "Açıq mikrofon" aksiyasında müraciətlərini ünvanlayıblar. Səsləndirilən müraciətlərlə bağlı Birliyin məsul şəxsləri ətraflı məlumat veriblər. Aksiyada sakinlərlə yanaşı, sahibkarlar da iştirak edib. Bütün müraciətlərin qeydə alınaraq “Azəriqaz” İB-nin baş direktoruna təqdim olunacağı da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Aksiyada “Azəriqaz” İB-nin məsul şəxsləri ilə yanaşı, Suraxanı Rayon İcra başçısının müavini Fuad Cəbrayılov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Anar Babayev də iştirak edib.

22222
Vumart və Güvən reklamı Vumart Güvən