Kamran Əliyev xanım prokuroru yüksək vəzifəyə TƏYİN ETDİ

 12:12 14.07.2022     1081

Baş Prokurorluqda yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, Samirə Nəcəfzadə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Bu təyinat ölkədə həyata keçirilən uğurlu gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında davamıdır.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

Qeyd edək ki, S.Nəcəfzadə əvvəllər Baş Prokurorluqda Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror vəzifəsində çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən