Bu rayonlara yeni prokurorlar təyin edildi

 12:22 14.07.2022     835

Baş prokuror Kamran Əliyev Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Redaktor.az xəbər verir ki, əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər bir əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Vumart və Güvən reklamı Vumart Güvən