“Azəriqaz”ın rəhbəri canlı yayımda sualları cavablandıracaq

 15:53 14.07.2022     1395

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev növbəti dəfə canlı yayımda vətəndaşların suallarını cavablandıracaq.

Redaktor.az xəbər verir ki, sözügedən yayım iyulun 15-də saat 15:00-da "Facebook" sosial şəbəkəsi üzərindən baş tutacaq.

Vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciətlərini edə bilər.