Epilepsiya xəstəsinin Metroda halı pisləşdi

 21:01 14.07.2022     311

Bu gün metronun "Elmlər Akademiyası" stansiyasında qəfildən sərnişinin halı pisləşib.

"Bakı Metropoliteni"QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxriyar Məmmədov Redaktor.az-a bildirib ki, orta yaşlı bir sərnişin epilepsiya (qıcolma) ilə qatardan düşürülüb.

"Dərhal təcili tibbi yardım çağırılıb. Sərnişinə ilkin yardım göstərilib. Vəziyyəti normallaşan sərnişin öz yoluna davam edib", - qurum rəsmisi bildirib.