“Azəriqaz” payız-qış mövsümünə hazırlaşır

“Yay fəslində “Azəriqaz” İB-in əsas işi payız-qış mövzüsümünə hazırlıqdır. Abonentlərin bu mövsümdə dayanıqlı qazla təminatı ilə bağlı işlər həyata keçirilir. Qaz kəmərləri və kəmərlərin üzərindəki avadanlıqlara qulluq, təmir olunma, həmçinin yenisi ilə əvəz edilmə prosesi başlayıb”.
Redaktor.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Şöbə rəisi son 2 ay ərzində görülən işlər çərçivəsində media nümayəndələrini məlumatlandırıb.
“4904 paqon metr kəmər dayaqlar üzərinə qaldırılıb, 48 883 paqon metr qaz boruları rənglənib. İndiyə qədər 70-ə kimi qaz tənzimləyici məntəqənin təmir olunması, abadlaşdırılması həyata keçirilib”.
Nərmin Vüqarqızı