"Yoluxma sayında artım müşahidə ediləcək” - İnfeksionistdən XƏBƏRDARLIQ

"Virus mutasiyaya uğradıqca koronavirusa yoluxmada artım müşahidə ediləcək".
Bunu Redaktor.az-a açıqlamasında TƏBİB-in işçi qrupunun üzvü, infeksionist Nilufər Məmmədova bildirib.
“Xüsusən də yay mövsümündə əhalinin xarici ölkələrə səfər etməsi dünyada yayılan yeni ştamların Azərbaycana da gəlib çıxmasına səbəb olacaq. Beləliklə, yoluxma sayında artım müşahidə ediləcək”,- deyə o vurğulayıb.
N.Məmmədova onu da qeyd edib ki, ölkə ərazisində artım müşahidə edilsə də, epidemioloji durum qorxulu deyil.
“Epidemioloji vəziyyət hazırda nəzarət altındadır və qorxulu hal yoxdur. Təbii ki, belə bir vəziyyət yarandıqda maskanın zəruriliyi və digər qorunma tədbirlərinə ciddi riayət olunması gündəmə gələcək. Eyni zamanda, lazım olarsa, yenidən vaksinasiya da həyata keçirilə bilər”.
Nərmin Vüqarqızı