"Mühasib işi 5 ildən sonra lazım olmaya bilər" - Məleykə Abbaszadə

 16:08 15.07.2022     290

"Mühasib işi 5 ildən sonra lazım olmaya bilər".

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bir ixtisası ömürlük seçmək artıq mümkün deyil:

"Bu gün mühasibatlıq sahəsində icra olunan proqramlar onu əvəz edir. Bundan sonra hər hansı alətlərlə işləməyi bacaran maliyyəçilər lazım olacaq. İxtisas seçimi deyil, fəaliyyət istiqaməti əsas amildir".