"Albayrak" Bakı Limanındakı gübrə terminalında 49% paya malik olacaq

 17:09 15.07.2022     166

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Türkiyənin "Albayrak" şirkətlər qrupu arasında Bakı Limanındakı gübrə terminalı ilə bağlı əldə edilmiş razılığın detalları açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin baş direktoru Taleh Ziyadov məlumat verib.

Onun sözlərinə görə, holdinqi limandakı gübrə terminalında 49% paya malik olacaq və gələn aydan limanın Ro-Ro terminalında fəaliyyətə başlayacaq.

"Burada hərtərəfli yanaşma var. Türkmənistan və Qazaxıstandakı tərəfdaş limanlarla birlikdə təchizat zəncirinin düzgün idarə edilməsi istiqamətində iş görüləcək. Bakı Limanında gübrə terminalının tikintisinin gələn ilin I rübündə başa çatdırılması nəzərdə tutulub", - deyə T.Ziyadov qeyd edib.

Türkiyənin 50-dən çox şirkəti birləşdirən aparıcı holdinqi, Türkiyə ilə yanaşı Avropa və Afrikada liman idarəetməsində və beynəlxalq ticarətin formalaşdırılmasında böyük təcrübəsi olan “Albayrak” şirkətlər qrupu Bakı Limanında regionun logistik imkanlarının genişləndirilməsində iştirak edəcək. Bununla əlaqədar "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" ilə holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb.