Prezidentdən yeni TƏYİNAT

 17:16 15.07.2022     310

"Azərxalça" ASC-nin İdarə Heyətinin sədrinə daha bir müavin təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Emin Əfəndiyevə həvalə olunub və bununla da, qurumda sədr müavinlərinin sayı 2-yə çatıb. Ötən il Ceyhun Əlibəyov da müavin təyin edilmişdi.

Xatırladaq ki, E.Əfəndiyev 2018-2021-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin baş direktoru olub, ötən ilin oktyabr ayından isə “Azərxalça” sədrinin müşaviri vəzifəsində çalışıb.

2