Millət vəkili müharibə veteranlarının qayğıları ilə maraqlandı - FOTO

 18:53 15.07.2022     2751

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Qovlar şəhərindən və şəhərə bitişik kəndlərdən olan qazilər, müharibə iştirakçıları ilə görüşüb.

Redaktor.az xəbər verir ki, hər bir görüş iştirakçısının toxunduğu məsələlər ətrafında müzakirə aparılıb.

Ən müxtəlif mövzular üzrə müraciət edən görüş iştirakçılarının qayğıları ilə yaxından maraqlanan millət vəkili, müvafiq qaydada, əlaqədar dövlət orqanlarının rəhbərləri və səlahiyyətli şəxslərlə telefonla danışıb, iş, yol, su, qaz, mülkiyyət hüququnun sənədləşdiriməsi, əlillik təyini və s. ilə bağlı qaldırılan məsələlərin diqqətdə saxlanmasını xahiş edib.

Millət vəkili qazilərə, müharibə iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri bağışlaylıb.

222
Vumart və Güvən reklamı Vumart Güvən