Bakıda 55 avtobusun hərəkət intervalında gecikmələr mövcuddur - BNA

 22:09 15.07.2022     398

Bakıda 55 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Mikayıl Useynov küçəsi Azneft meydanı istiqamətində 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7 müntəzəm marşrut xətti üzrə 55 avtobusda gecikmələr hal-hazırda da davam etməkdədir.