Bakı beynəlxalq aeroportunda gərginlik - VİDEO

 11:57 16.07.2022     593

Bakı beynəlxalq aeroportundan Bodruma uçmalı olan AZAL təyyarəsinin reysi gecikir. 

Bununla bağlı sərnişinlər sosial şəbəkələrdə görüntülər yayıblar. İddia olunub ki, sərnişinlərə xəbərdarlıq etmədən Bakı-Bodrum reysinin vaxtı dəyişdirilib.

Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, aviaşirkətin J2-023 nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir: 

"Sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək".

 


Vumart və Güvən reklamı Vumart Güvən