Qənirə Paşayeva Milli Məclisdə görüş keçirdi - FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin ənənəvi vətəndaş qəbulu günündə bir qrup ziyalı və müxtəlif mövzularla bağlı müraciət etmiş vətəndaşlarla görüşüb.
Redaktor.az xəbər verir ki, görüşdə Səidə Cəbrayılova, Sədəf Cəfərova, Altay Qocayev, Südabə Salmanzadə, Qalib Həsənov, Şəhla Hacıyeva, Aytən Nağıyeva, Lalə Həsənova iştirak edib.
Görüş iştirakçılarını dinləyən Q.Paşayeva, onlarla ətraflı söhbət edib, qayğılarını öyrənib. Vətəndaşların qaldırmış olduğu bir sıra problemlərlə bağlı müvafiq dövlət orqanları ilə telefonla danışıb, bir sıra məsələlərlə əlaqədarsa, aidiyyəti üzrə məktub ünvanlayacağını bildirib.
Q.Paşayeva görüş iştirakçılarına Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.







