"Ayağın şişməsi nə vaxtdan xəstəlik hesab olunur?" - Deputat

 23:58 16.07.2022     1358

"Sağlamlığımda heç bir ciddi problem yoxdur".

Redaktor.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında xəstə olması barədə yayılan xəbərlə bağlı danışan millət vəkili Aqil Abbas deyib.

O, xəstə olmadığını bildirib:

"Sadəcə ayağım şişib. Bu məndə hər il baş verir. 20 gün davam edir və keçib gedir. Ayağın şişməsi nə vaxtdan xəstəlik hesab olunur?"

Vumart və Güvən reklamı Vumart Güvən