Vəzifəli şəxsin döydüyü məktəbli Dövlət Komitəsinə dəvət edildi

 15:30 17.07.2022     10269

Lənkəranda fiziki zorakılığa məruz qaldığı deyilən məktəbli valideynləri ilə birlikdə iyulun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dəvət edilib.

Bunu Redaktor.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

Komitə rəsmisi deyib ki, kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkəran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalmasi ilə bağlı yayılan məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılıb və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyələr verilib.

Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb.

Müvafiq söhbətlər və psixoloyi qiymətləndirmənin aparılması məqsədilə yetkinlik yaşına çatmayan uşaq valideynləri ilə birlikdə 18 iyul 2022 ci il tarixdə Dövlət Komitəsinə dəvət edilib.

Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilib.

Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə, həmcinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaq.