Qənirə Paşayeva tovuzlu gənclərlə görüşdü - FOTO

 11:21 18.07.2022     334

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın 2022-ci il üzrə Gənclər Paytaxtı olan Tovuzun Qovlar şəhərində yerləşən möhtəşəm Gənclər Evində tovuzlu gənclərlə görüşüb.

Redaktor.az xəbər verir ki, təhsildə, idmanda, yaradıcılıqda, digər əməli fəaliyyət sahələrində fərqlənən gənclərlə, o cümlədən rayonun ictimai həyatında çox fəal olan Tovuz Rayon Gənclər Evinin könüllüləri ilə görüşdən məmnunluğunu bildirən millət vəkili, Gənclər Paytaxtı sakinləri olaraq, bu fəxri adın məsuliyyətinə, şərəfinə uyğun fəaliyyətlərinə görə onlara təşəkkür edib.

Görüşdə gənclərin ürək sözləri dinlənilib. Hər bir gəncin toxunduğu məsələlər ətrafında müzakirə aparılıb. Ən müxtəlif mövzular üzrə müraciət edən görüş iştirakçılarının qayğıları, uğurları ilə yaxından tanış olan Millət vəkili, onlara yeni uğurlar arzulayıb.

Millət vəkili ictimai həyatda, yaradıcılıqda fərqlənən Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb, müəllifi olduğu kitabları imzalayıb.

Görüşdə Rayon Gənclər-İdman İdarəsinin rəisi Sahib Ələsagərov, Gənclər Evinin direktoru Rauf Rüstəmov iştirak edib.

22
Vumart və Güvən reklamı Vumart Güvən