Bu qəsəbələrdə su KƏSİLƏCƏK

 18:53 18.07.2022     17892

H.Z.Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

Əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.